EVEREST Tikinti Layihə MMC

Haqqımızda

Tikinti standartlarını yüksəltmək, hər layihə ilə güvən yaratmaq

Biz kimik

Gələcəyin infrastrukturunu bugün inşa edirik

Everest şirkəti, inşaat və mühəndislik sahəsində uzun illər ərzində formalaşan zəngin təcrübəsi ilə Azərbaycanın qabaqcıl infrastruktur layihələrini həyata keçirən aparıcı şirkətlərdən biridir. Şirkətimiz, dəmir yolları, avtomobil yolları, körpülər, yüksək gərginlikli elektrik təchizatı sistemləri, magistral fiber optik kabellərin layihələndirilməsi, hidrotexniki və meliorasiya qurğuları, yarımstansiyalar və sənaye obyektlərinin layihələndirilməsi və inşası sahəsində ixtisaslaşıb. Yenilikçi texnologiyalardan və beynəlxalq standartlardan istifadə etməklə, Everest komandası müasir infrastruktur həlləri yaratmağa və müştərilərinə ən yüksək keyfiyyətdə xidmət göstərməyə çalışır. Fəaliyyətimiz yalnız mühəndislik bacarıqlarımızla məhdudlaşmır, eyni zamanda layihələrin hər bir mərhələsində davamlılıq və etibarlılıq prinsipinə sadiq qalırıq. Şirkətimiz, Qarabağ iqtisadi zonasındakı Araz Vadisi sənaye parkı və Ağdam sənaye parkında həyata keçirdiyimiz mühüm layihələrlə regional inkişafın bir parçası olmağı özünə məqsəd qoyub. Qarabağın bərpasında və regionun gələcək inkişafında iştirak etmək Everest üçün böyük şərəfdir.

Bizimlə əlaqə

Bitmiş Layihə
0 +
Peşəkar Komanda
0 +
Müştəri Məmnuniyyəti
0 %
Layihə İdarəetmə
0