EVEREST Tikinti Layihə MMC

Everest tikinti layihə mmc

Hər layihə - mükəmməlliyə doğru bir addım

Everest olaraq, hər bir müştəri ilə güclü əməkdaşlıq əlaqələri qururuq və onların uğurunu öz uğurumuz hesab edirik.

Biz kimik

Gələcəyin infrastrukturunu bugün inşa edirik

Everest şirkəti, inşaat və mühəndislik sahəsində uzun illər ərzində formalaşan zəngin təcrübəsi ilə Azərbaycanın qabaqcıl infrastruktur layihələrini həyata keçirən aparıcı şirkətlərdən biridir. Şirkətimiz, dəmir yolları, avtomobil yolları, körpülər, yüksək gərginlikli elektrik təchizatı sistemləri, magistral fiber optik kabellərin layihələndirilməsi, hidrotexniki və meliorasiya qurğuları, yarımstansiyalar və sənaye obyektlərinin layihələndirilməsi və inşası sahəsində ixtisaslaşıb. Yenilikçi texnologiyalardan və beynəlxalq standartlardan istifadə etməklə, Everest komandası müasir infrastruktur həlləri yaratmağa və müştərilərinə ən yüksək keyfiyyətdə xidmət göstərməyə çalışır. Fəaliyyətimiz yalnız mühəndislik bacarıqlarımızla məhdudlaşmır, eyni zamanda layihələrin hər bir mərhələsində davamlılıq və etibarlılıq prinsipinə sadiq qalırıq. Şirkətimiz, Qarabağ iqtisadi zonasındakı Araz Vadisi sənaye parkı və Ağdam sənaye parkında həyata keçirdiyimiz mühüm layihələrlə regional inkişafın bir parçası olmağı özünə məqsəd qoyub. Qarabağın bərpasında və regionun gələcək inkişafında iştirak etmək Everest üçün böyük şərəfdir.

Bizimlə əlaqə

İnşaatın hər sahəsində ixtisaslaşmış xidmətlər

Dəmir Yollarının Layihələndirilməsi

Dəmir yolları layihələndirilməsi ilə sürətli və təhlükəsiz nəqliyyat.

Hidrotexniki və Meliorasiya Qurğuları

Hidrotexniki və meliorasiya qurğuları ilə səmərəli su idarəetməsi.

Sənaye Obyektlərinin Layihələndirilməsi

Sənaye obyektlərinin layihələndirilməsi ilə güclü infrastruktur yaradırıq.

Körpülərin
Layihələndirilməsi

Everest davamlı və etibarlı körpülər inşa edir, infrastrukturu gücləndirir.

Yollar və Avtomobil Yollarının Layihələndirilməsi

Everest keyfiyyətli, təhlükəsiz və dayanıqlı avtomobil yolları inşa edir.

Yüksək Gərginlikli Elektrik Təchizatı Sistemləri

Yüksək gərginlikli elektrik sistemləri ilə güvənli enerji təchizatı.

Magistral Fiber Optik Kabellərin Layihələndirilməsi

Magistral fiber optik kabellərlə genişzolaqlı və dayanıqlı rabitə infrastrukturu.

Yarımstansiyaların Tikintisi

Yarımstansiyaların tikintisi, enerji effektivliyini artıraraq müştərilərə dayanıqlı həllər təqdim edir.

niyə biz

Peşəkarlıq və etibarlılığı bizdə tapın

Everest Tikinti Layihə MMC olaraq, müştərilərimizin ehtiyaclarını ən yaxşı şəkildə qarşılamaq üçün illərin təcrübəsi və yüksək peşəkarlıqla xidmət edirik. Fərqli sahələrdə uğurlu layihələrimizlə, sektorda etibarlı və sadiq tərəfdaş olaraq tanınırıq. Bizim komanda hər bir layihəni vaxtında və yüksək keyfiyyətlə təhvil verməyə çalışır.

Görülən işlər

Hər bir addımda peşəkarlığımızı hiss edin

Süni qurğular, körpülər, hidrotexniki və meliorasiya qurğuları və xarici elektrik təchizatı.

Araz su anbarından Heydər Əliyev su anbarına qədər yüksək təzyiqli boru xətlərinin çəkilməsi, yarımstansiyalar və nasos stansiyalarının xarici elektrik təchizatı sistemlərinin layihələndirilməsi.

Sərnişin vaqonlarına xidmət mərkəzinin layihələndirilməsi.

“Xplast” MMC-nin məxsus ərazisində plastik qablar istehsalı zavodunun layihələndirilməsi.

Taxıl anbarları kompleksinin layihələndirilməsi.

Biləv su elektrik stansiyasında təmir işlərinin layihələndirilməsi.

Sizin tikinti layihənizi reallaşdırmaq üçün ilk addımı atmağa hazırsınız?

Layihəniz haqqında daha ətraflı məlumat almaq və ödənişsiz konsultasiyadan faydalanmaq üçün indi bizimlə əlaqə saxlayın!